İtalyan avtomobil yarışçısı Matteo Doretto Polşada keçiriləcək Avropa ralli çempionatı ərəfəsində test yürüşü zamanı baş verən qəza nəticəsində həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Qəza zamanı onun şturman; Samuele Pellegrino xəstəxanaya aparılsa da, xəsarət almayıb və vəziyyəti stabildir.
21 yaşlı Matteo Doretto 2024-cü ildə İtaliya üzrə gənclər çempionu olmuş, bu nəticəyə əsasən Avropa çempionatında iştirak hüququ qazanmışdı.