İran ətrafında gərginlik getdikcə yüksəlir. Artıq dünya mediasında ABŞ ilə İran arasında hərbi toqquşma barədə yazılar dərc olunmaqdadır. ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb. Bu barədə CBS telekanalı xəbər yayıb. Telekanalın mənbələrinə inansaq, ABŞ rəsmilərinə İsrailin İslam Respublikasına qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib. "ABŞ İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir", - telekanalın saytı qeyd edib. Məlumata görə, Dövlət Departamentinin ABŞ səfirliyinin bəzi əməkdaşlarının İraqı tərk etməsini əmr etməsinin səbəblərindən biri də budur.
Mətləb Salahov