AZ

Rubio Rusiyanı təbrik etdi

ABŞ dövlət katibi Marko Rubio Amerika xalqı adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edib. Vətəninfo.az xəbər verir ki , bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Rubio deyib: “Birləşmiş Ştatlar daha parlaq gələcəyə olan istəklərini irəli sürməyə davam edən Rusiya xalqını dəstəkləməyə sadiqdir”.

O, həmçinin təsdiqləyib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Moskva ilə konstruktiv əlaqələr qurmaq istəyir.

“Biz həmçinin bu fürsətdən istifadə edərək ABŞ-ın Rusiya və Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün Rusiya Federasiyası ilə konstruktiv əlaqə qurmaq istəyini bir daha təsdiqləyirik. Ümid edirik ki, sülh ölkələrimiz arasında daha qarşılıqlı faydalı münasibətlərə töhfə verəcək”, – ABŞ dövlət katibi yekunlaşdırıb.

Seçilən
52
1
veteninfo.az

2Mənbələr