AZ

İran-ABŞ danışıqlarının növbəti raundu keçirilməyə bilər - KİV

ABŞ rəsmiləri bu həftənin sonunda Tehran-Vaşinqton danışıqlarının altıncı raundunun keçirilməməsi ehtimalı olduğunu bildiriblər.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçının danışıqların altıncı raundunun keçirilməsi ilə bağlı təkidinə baxmayaraq, ABŞ tərəfinin bu məsələyə şübhə ilə yanaşdığı vurğulanıb. 

Qeyd olunub ki, İran hələ ABŞ-nin nüvə sazişi təklifinə cavabını təqdim etməyib və iyunun 15-də Omanda danışıqların növbəti mərhələsinin baş tutması çətin görünür. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
28
1
missiya.az

2Mənbələr