AZ

Avropa ŞOKDA - "qoca qitə"də qızıl böhranı yaxınlaşır


Avropa Mərkəzi Bankının (AMB) ekspertləri "qoca qitə"də gözlənilən qızıl böhranı ilə bağlı xəbərdar ediblər. Onlar böhran ehtimalını əmtəəlik qızıl ehtiyatlarının fiziki yerdəyişməsi ilə izah edirlər."İlin əvvəlindən qızıl qiymətlərində artım davam edir. Bununla yanaşı, investorların bu metala marağı azalmır. Qızıla fiziki tələbatın artması böhranla nəticələnə bilər". - onlar bildiriblər.
Ekspertlər bildirirlər ki, son aylarda ABŞ və Britaniyadan kənara tonlarla qızıl daşınıb. AMB-nin mütəxəssisləri bildirirlər ki, bu vəziyyət qızıl bazarında logistika zəncirinin pozulması ilə nəticələnə bilər. Bu təqdirdə bazarlar ciddi zərər görəcək. Ən pis ssenaridə isə, bu şok bütün maliyyə sisteminə zərbə vura bilər.

Mətləb Salahov

Seçilən
18
3
baki-xeber.com

4Mənbələr