AZ

Aktirsanın skuterlə toqquşması ilə bağlı DİN dən açıqlama

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Skuterlə toqquşaraq xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanın hüquq-mühafizə oraqanlarında araşdırma aparılır.

Bu haqda Teleqraf-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

Bildirilib ki, iyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində vətəndaş İradə Rəşidovanın rayon ərazisində hərəkətdə olarkən skuterlə vurulması barədə polisə müraciət daxil olub.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

Qeyd edək ki, İ.Rəşidova bir neçə gün əvvəl küçədə skuterlə toqquşaraq başından tramva alıb və Respublika Neyrocərahiyyə Xəstəxanasına yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
2
sherg.az

3Mənbələr