Mingəçevirdə baş vermiş qəzada xəsarət alan sürücü xəstəxanada ölüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, iyunun 5-də Mingəçevirdə BMW markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılmışdı. Nəticədə avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İmran Zeynalov və sərnişini, 2003-cü il təvəllüdlü Əhməd Əhmədov ağır xəsarət alaraq xəstəxanaya çatdırılmışdılar.
Bu gün səhər saatlarında İmran Zeynalov xəstəxanada ölüb.