AZ

Qızıl və gümüş bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

KONKRET.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 1.39% artaraq 3 390.10 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,54% artaraq 36.46 ABŞ dolları olub.

Seçilən
32
49
konkret.az

10Mənbələr