Bəs bu barədə Azər Məmmədov nə düşünür? “Football-plus.az” onun fikrini öyrənib:
“Uşaqlar çəkinmədən oynadılar. Latviya ilə müqayisədə Macarıstana qarşı daha yaxşı oynadılar. Rəqib futbolçuların səviyyə baxımından üstünlüyü gözə çarpırdı. Bu səviyyəli komandalar səhvləri bağışlamır. Qollarda da macarlar səhvlərimizdən yararlanıb fərqləndilər. Ümumi götürsək, pis oynamadılar, son dəqiqələrdə lap ürəklə oynadılar. Hansısa futbolçunu xüsusi şəkildə qeyd etmək istəməzdim. Görünən o idi ki, hamı çalışdı, vuruşdu. Təəssüf ki, qələbə qazanmaq mümkün olmadı ”.
MÜZƏFFƏR QULUZADƏ