AZ

Alim Qasımovdan tənqidlərə cavab

Xalq artisti Alim Qasımov toy məclislərinin birində rep oxumasını tənqid edənlərə cavab verib.

Publika.az xəbər verir ki, Xalq artisti Teleqraf-a açıqlamasında yayılan görüntülərdə repin peşəkar ifa olmadığını bildirib.

“Mən zarafat etmişəm. İnsanlar bunu necə qəbul edirsə, öz işlərdir, Allah canlarını sağ etsin. Camaat üç- dörd nəfərlə zarafat edir, mən isə toy mərasimində zarafat etdim. Bunu isə çəkib yayıblar. Təbii ki, peşəkar ifa deyil”,- deyə Xalq artisti bildirib.

Seçilən
8
1
publika.az

2Mənbələr