“Cəmi 10 günə 500-800 manat qazan” bu elanlar son vaxtlar sosial şəbəkələrdə qadınlara yönəlik follekul (yumurta hüceyrəsi) donorluğu ilə bağlıdır. Bu kimi şirnikləndirici çağırışlarla qadınlara donor olmaq təklif edilir.
Sadə tibbi müdaxilə kimi təqdim edilən bu prosesin arxasında isə qadın sağlamlığı üçün ciddi risklər dayanır. Hormon stimulyasiyası və yumurtalıqlara müdaxilə nəticəsində qadın orqanizmində hormonal disbalans, yumurtalıq hiperstimulyasiya sindromu, menstrual pozğunluqlar, hətta sonsuzluq riski yarana bilər. Mütəxəssislər bu proseduru orqanizm üçün ciddi hormonal müdaxilə və sağlamlıq riski adlandırırlar.
Məsələdə diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycanda bu sahəni tənzimləyən aydın və konkret qanunvericilik mexanizmi mövcud deyil. Hüquqi boşluqlar səbəbindən nə donor qadınların sağlamlıq təhlükəsizliyi, nə də prosedurun etik tərəfləri nəzarətdə saxlanılır.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya danışıb.
O, qeyd edib ki, bu sahəni tənzimləyən qanunlar var lakin konkret folekul donorluğu ilə bağlı məsələlər tənzimlənmir.
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Qanunun əsas məqsədi insan toxumaları və orqanlarının transplantasiyasını, respiyentlərini və transplantasiya sahəsində tibbi fəaliyyəti tənzimləmək, dövlətin nəzarətini müəyyən etməkdir. Qanunun 3-cü maddəsinə əsasən bu, reproduksiya vasitələrinə və bu məqsədlə isifadə edilən orqanlara, onun hissələrinə, toxumalarına, yumurta hüceyrələrə, spermalara eləcə də qan və onun kompanentlərinə şamil edilmir”.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 32-ci maddəsinə əsasən donor orqanlarının alqı-satqısı, elanı qadağandır.
“Həmçinin Azərbaycan Respublikasının Cinayət məcəlləsi 137-ci maddəsinə görə, insan orqanları və toxumalarının alışı və satışı cinayət hesab edilir. Bu, 6000 manatdan 9000 manatadək cərimə və ya 3 ilə qədər müddətə müəyyən vəzifə tutmaq və müəyyən vəzifə ilə məşğul olmaq hüququndan məhrum edilmək, 3 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ilə nəticələnir. Bu müddəanın daha ağırlaşmış formaları da mövcuddur”.
Hüquqşünas hesab edir ki, sosial şəbəkələrdə gedən elanlar mütləq şəkildə hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətdə saxlanmalı, dindirmələr həyata keçirilməlidir”.
R.Süleymanov folekul donorluğu haqqında qanunun qəbulunu faydalı olaraq qiymətləndirmir. Onun fikrincə, bu, gələcəkdə bir-birini tanımayan bacı və qardaşların bir-birilə evlənməsinə gətirib çıxaracaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta