Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında deyilir.
Ötən il, 2011-ci ildə Avropa və qonşu ölkələrə, o cümlədən, Türkiyəyə kütləvi qaçqın axına səbəb olmuş Suriya vətəndaş müharibəsinin başlamasından bəri il dəfə olaraq qaçqın sayında azalma qeydə alınıb. Hesabaat görə, 2023-cü illə müqayisədə ötən il qaçqın sayının 559,3 min nəfərə qədər azalaraq ümumi sayın 36,8 milyona çatdığı deyilir.
Bundan başqa, 2024-cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) 2002-ci ildən bəri ölkələrinə qayıdan qaçqınların rekord sayını - təxminən 1,6 milyon nəfəri qeydə alıb. Onların böyük əksəriyyəti, yəni 92%-i Suriya (512,7 min nəfər), Cənubi Sudan (404,7 min), Əfqanıstan (364,4 min) və Ukrayna (209,1 min) vətəndaşlarıdır.
Eyni zamanda, dünyada məcburi köçkünlərin ümumi sayı 2023-cü illə müqayisədə 6% artaraq 2024-cü ilin sonuna rekord həddə - 123,2 milyon nəfərə çatıb. Hesabatda qeyd olunur ki, Yer kürəsinin hər 67-ci sakini bu kateqoriyaya daxildir. Ümumi sayın üçdə birindən çoxunu sudanlılar (14,3 milyon), suriyalılar (13,5 milyon), əfqanlar (10,3 milyon) və ukraynalılar (8,8 milyon) təşkil edir.