AZ

Azərbaycanın investisiya şirkəti Qazaxıstanın kapital bazarına daxil ola bilər

Azərbaycanın “PAŞA Kapital İnvestisiya Şirkəti” Qazaxıstanın kapital bazarına daxil ola bilər.

Marja.az xəbər verir ki, bunu 2024-cü il üzrə Maliyyə nəticələrinə dair mətbuat konfransında “PAŞA Capital İnvestisiya Şirkəti”nin Direktorunun satış üzrə müşaviri İlqar Tağıyev bildirib.

"Qazaxıstan Fond Birjası ilə danışlqlar aparırıq. Bizə üzvlük təklif olunur. Ola bilsin ki, bu gələn il baş tutacaq",- o deyib.

İlqar Tağıyev əlavə edib ki, Qazaxıstan investorlarının Azərbaycanın kapital bazarlarına çıxışını asanlaşdırmaq üçün ölkənin investisiya şirkətləri ilə danışıqlar aparılır.

Seçilən
28
marja.az

1Mənbələr