AZ

Çexiya prezidenti Trampdan narazıdır - VİDEO

AzVision.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, Çexiya prezidenti həmçinin qitənin təhlükəsizliyini təminatı və Moskvanın cilovlanması üçün Avropa İttifaqına (Aİ) daha çox vaxt verilməsini tələb edib.

Petr Pavel etiraf edib ki, Avropa ölkələri ABŞ-nin köməyi olmadan Ukraynada davamlı sülhü təmin edə bilməz və Tramp daha çox müdafiə xərcləri tələb etməkdə haqlıdır. Bununla belə, Vaşinqtonun verdiyi bəzi təhlükəsizlik zəmanətlərini əvəz etmək üçün illər lazım olacaq.

“Avropalı müttəfiqlər Rusiyanın təhlükəsizliyə və ən azıən qısa müddətdə bizim çün böyük təhdid olduğunu daha qətiyyətli təsdiqlənməsini istəyirlər”,- Çexiya prezidenti vurğulayıb.

Bu baxımdan, Petr Pavel Trampın Rusiyaya qarşı daha sərt mövqe tutmaq istəməməsi və onu açıq şəkildə “təcavüzkar” adlandırmamasından məyus olduğunu bildirib.

Onun sözlərinə görə, sanksiyalar, diplomatik təcrid və hərbi çəkindirmə yolu ilə Kremlə təzyiq göstərmək üçün Avropanın Vaşinqtonun qətiyyətli dəstəyinə ehtiyacı var.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
47
2
azvision.az

3Mənbələr