"Yaxın gələcəkdə “Birbank İnvest” tətbiqi bazara təqdim olunacaq. Həmin tətbiqdə “PAŞA Capital” da yer alacaqdır".
Marja.az xəbər verir ki, bunu 2024-cü il üzrə Maliyyə Nəticələrinə dair mətbuat konfransında “PAŞA Capital İnvestisiya Şirkəti”nin direktoru Ceyhun Hacıyev bildirib.
O deyib ki, “PAŞA Kapital” “Kapital Bank”la birlikdə “Birbank İnvest” tətbiqi ilə bağlı işləyir.
Qeyd edək ki, “PAŞA Capital” “Kapital Bank”ın da daxil olduğu “PAŞA Holdinq”in şirkətlərindən biridir.