Mixal Probej Polşa milli komandasının baş məşqçisi postunu tərk edib. Msport.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat dərc olunub.
Qeyd edək ki, Probejin istefası Robert Levandovski ilə qalmaqala görə baş verib. Ulduz futbolçu yığmada kapitanlıqdan uzaqlaşdırıldıqdan sonra bir daha millidə çıxış etməyəcəyini bildirib. Polşa Futbol Assosiyasiyası isə Levandovskinin kapitanlıqdan məhrum edilməsinin baş məşqçinin qərarı olduğunu açıqlayıb.
Polşa DÇ-2026-nın seçmə mərhələsinin son oyununda səfərdə Finlandiyaya 1:2 hesabı ilə uduzub.
“Mən qərara aldım ki, hazırda milli komandanın mənafeyi naminə ən yaxşı addım istefa verməyim olardı. Bu vəzifədə çalışmaq mənim üçün böyük şərəf idi” – Probej belə deyib.
Mixal Probej 2023-cü ilin sentyabrında Polşa yığmasının sükanı arxasına keçmişdi.