Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin təməli 1920-ci ildə qoyulub. Bu təhsil ocağı, ilk dəfə Ali Rəssamlıq Məktəbi kimi fəaliyyətə başlayıb. Bu elm məbədi qısa müddət sonra milli rəssamlıq məktəbinin ilk mükəmməl nümunələrini yaratmağa nail olub. Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə burada dərs deyib və yeni fırça ustalarının yetişməsinə çalışıb.
AZƏRTAC-ın əməkdaşları kolleclə daha yaxından tanış olub.