Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibədə 1 milyon nəfərdən artıq hərbçi itirdiyini bəyan edib. Məlumatda son sutka ərzində Rusiyanın cəbhədə 1140 nəfər əsgər itirdiyi bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, 2022-ci ilin 24 fevral tarixindən 2025-ci il iyunun 12-nə qədər Rusiyanın itkiləri belədir:
Hürr Tərcüman
1 000 340 (+1140) nəfərə qədər şəxsi heyət;
10 933 (+6) ədəd tank;
22 786 (+3) ədəd zirehli hərbi maşın;
29 063 (+47) ədəd artilleriya sistemi;
1413 ədəd reaktiv yaylım atəşi sistemi;
1184 (+1) ədəd HHM vasitəsi;
416 ədəd təyyarə;
337 ədəd vertolyot;
40 435 (+138) ədəd operativ-taktiki səviyyəli PUA;
3337 ədəd qanadlı raket;
28 ədəd gəmi/kater;
1 ədəd sualtı qayıq;
51 715 (+136) ədəd avtomobil texnikası və avtosistern;
3914 ədəd xüsusi texnika.
Hürr Tərcüman