AZ

Danelyan: “Paşinyan Əliyevin kofe dəmləyənidir”

“Kilsəyə hücum məsələsində Türkiyə-Azərbaycan izi görürəm. Çünki Azərbaycanın ruhani liderinin açıqlaması sözün əsl mənasında Paşinyanın təkrarladığı bəyanatdır”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə deputat Qarnik Danelyan çıxış edib.

Onun sözlərinə görə, kilsə-hökumət davası Ermənistan üçün faciəyə səbəb ola bilər. “Bu şəkildə davam edərsə, Ermənistanda qan töküləcək. Bu ölkəmiz üçün dağıdıcı hadisə deməkdir”.

Danelyan Ermənistanın baş naziri Nikol Paşinyanı “Əliyevin kofedəmləyəni” adlandırıb. “Paşinyan Əliyev üçün kofe dəmləyir. Onu kofe içməyə çağırır. Lakin bu görüşlərin heç birində Qarabağla bağlı məsələ qaldırmır”.

Fərda Uğur

 

Seçilən
42
1
tribunainfo.az

2Mənbələr