AZ

Azər Bağırov: “Mənim qədər işini sübut edən olmayıb”

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Son olaraq “Kəpəz”ə rəhbərlik edən Azər Bağırovun “FutbolPress“ə müsahibəsi:

– Bir müddətdir, işsizsiniz. Təkliflər var?

– Xeyr, Premyer Liqadan nəsə bir şey yoxdur. Sakitlikdir.

– Bəs nə etməyi düşünürsünüz?

– Müəyyən variantlar var. İnkişaf etmək, irəli baxmaq və səbirli olub gözləmək istəyirəm.

– Bu günə qədər işlədiyiniz klublarda işinizlə müsbət rəylər almısınız. “Araz-Naxçıvan”ı elitaya yüksəltdiniz, “Kəpəz”i çempionatda saxladınız… Sizcə, nə üçün layiq olduğunuz dəyəri görmürsünüz?

– Minimum şərtlərlə böyük işlər görmüşük. Yəqin ki, qiymət verilər… Həmişə deyirlər ki, işini sübut etməlisən. Bəlkə də, mənim qədər işini sübut edən, son 10 ildə mənim qədər nəticə verən olmayıb…

– Sizcə, səbəb nədir?

– 13 günə komanda hazırlayıb Premyer Liqada oynatmışam, qışa qədər “üçlüy”ə daxil etmişəm. Hamı “Kəpəz”in liqadan düşəcəyini deyəndə biz saxladıq, 8-ci yerdə bitirdik mövsümü. Yüngül maneələr olmasaydı, 7-ci yerə də qalxa bilərdik. Komandanı elitada saxlaya biliriksə, deməli futbolu bilirik. Futbol qəliz deyil, sadəcə sevmək lazımdır. Azərbaycan məşqçilərinə inam yoxdur. Məsələ budur.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

– Nə vaxta qədər davam edəcək inamsızlıq?

– Bu sual mənə aid deyil. Cavabını deyə bilmərəm.

– Azərbaycanda yox, ölkə xaricində özünüzü sınamaq istərdiniz?

– Əlbəttə, bunu lap çox istəyirəm.

– Menecerlərlə bu haqda danışmısınız?

– Bəli, danışığım olub. Sadəcə uyğun təklif lazımdır.

– Son olaraq, milli komandanın son iki oyunu haqda fikirləriniz necədir?

– Neqativ. Müsbət nələrinsə olduğuna şübhəm var.

– Çıxış yolu məşqçi dəyişikliyidir?

– Nəsə desəm düzgün qarşılanmaz. Bunu futbol rəhbərlərimiz daha yaxşı bilər.

– Sizə təklif olsa, millini bu durumdan çıxara bilərsiniz?

– Bu haqda nəsə deməyim etik olmaz.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
futbolpress.az

2Mənbələr