Bakı. Trend:
Türk dünyasında ailənin hər zaman xüsusi yeri olub.
Trend xəbər verirki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi KubançıbekÖmüralıyev Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailəməsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurumrəhbərlərinin ikinci iclasında deyib.
“Türk dünyasında ailənin hər zaman xüsusi yeri – hörmətli yeriolub. Bu, cəmiyyətin qurulduğu təməl, ənənələrin ötürüldüyü,dəyərlərin bölüşüldüyü və qarşılıqlı qayğı ilə məsuliyyətin özünügöstərdiyi məkandır. Nəsillər boyunca xalqlarımız güclü birlikhissini, böyüklərə hörməti və möhkəm ailə bağlarını qoruyubsaxlayıb”, – deyə o bildirib.
Ömüralıyevin sözlərinə görə, ailə institutunu dəstəkləməklə,türk dövlətləri qadınlara, uşaqlara və gənclərə müasir çağırışlarınöhdəsindən gəlməkdə kömək edir, bu da gələcəkdə harmoniya vədayanıqlılığa töhfə verir.
“Bugünkü görüş Təşkilatın ailə və sosial gündəliyinin təşviqinəyönəlmiş birgə səylərimizdə mühüm addımı təmsil edir”, – deyə başkatib vurğulayıb.