AZ

“Roketsan” yeni nəsil müdafiə sistemlərini İndoneziyada sərgiləyir

Türkiyənin raket və sursat texnologiyalarında ixtisaslaşmış mərkəzi olan “Roketsan” şirkəti Cənub-Şərqi Asiyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “Indo Defence”də yeni nəsil müdafiə sistemlərini nümayiş etdirir.

“Roketsan”dan “Poliqon”a verilən məlumata görə, İndoneziya Müdafiə Nazirliyi tərəfindən təşkil olunan “Indo Defence” sərgisi, regional və qlobal səviyyədə bir çox sektor iştirakçısını bir araya gətirir.

2025-ci il 11-14 iyun tarixlərində İndoneziyanın paytaxtı Cakartada keçirilən sərgi, iştirakçılara müdafiə texnologiyaları, aviasiya və dənizçilik sistemləri, təhlükəsizlik avadanlıqları və strategiyaları sahəsində geniş bilik və əməkdaşlıq imkanları təqdim edir.

Bu il 10-cu dəfə təşkil edilən “Indo Defence” sərgisində İndoneziya ilə yanaşı Asiya-Sakit okean ölkələri və dünyanın müxtəlif yerlərindən müdafiə sənayesi şirkətləri son texnoloji yeniliklərini təqdim edirlər. Türkiyənin müdafiə sənayesində beynəlxalq aləmdə bayraqdaşıyıcısı olan “Roketsan” da hava, quru və dəniz müdafiəsi sahələrindəki çoxsaylı sistemi ilə sərgidə yerini alıb.

“Roketsan”ın baş direktoru Murat İkinci, “Indo Defence” sərgisində iştiraka dair fikirlərini bölüşüb: “Bu sərgi ilə “Roketsan”ın uzun illərdir Asiya ölkələri ilə davam edən möhkəm əlaqələrini yeni əməkdaşlıqlarla daha da gücləndirmək istəyirik. Türkiyənin bu bölgədəki ən önəmli müttəfiqlərindən biri olan İndoneziyanın ev sahibliyi etdiyi bu sərgidə, hər biri dünyadakı rəqiblərindən performans baxımından üstün olan və sahədə uğurunu sübut etmiş sistemlərimizlə bayrağımızı dalğalandırırıq”.

Təcrübəli komandası ilə İndoneziyada iştirak edən “Roketsan”ın “Indo Defence” sərgisində nümayiş etdirdiyi məhsullar arasında HHM sistemləri, tank əleyhinə komplekslər, “hava-yer” raketləri, mini ağıllı sursatlar, “yer-yer” tipli raketlər, qanadlı raketlər və s. yer alır.

Pilotsuz uçuş aparatları üçün: MAM-C, MAM-L IIR və MAM-T mini ağıllı sursatları; “hava-yer” tipli İHA-230 səsdən sürətli ballistik raketi.

Tank əleyhinə sistemlər: “Karaok” qısa mənzilli tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi; OMTAS orta mənzilli TƏİR kompleksi; L-UMTAS lazer tuşlamalı uzun mənzilli TƏİR kompleksi.

Hava hücumundan müdafiə sistemləri: SUNGUR və HİSAR-O zenit raketləri; SİPER uzun mənzilli HHM sistemi; LEVENT “Levent” yaxın HHM sistemi, MİDLAS milli şaquli buraxıcı sistem.

Bunlardan əlavə, “Roketsan” şirkəti ÇAKIR qanadlı raketini, ATMACA gəmi əleyhinə raketini, TEBER tuşlama dəstini və BARBAROS sahil mühafizə sistemini də İndoneziyada nümayiş etdirir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

WhatsApp

WhatsApp

WhatsApp

WhatsApp

WhatsApp

WhatsApp

WhatsApp

WhatsApp

Seçilən
21
poliqon.az

1Mənbələr