Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 1140 rus hərbçisini öldürüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib.
Həmin siyahını təqdim edirik:
– Tank – 6 ədəd;
– Zirehli döyüş texnikası – 3 ədəd;
– Artilleriya sistemləri – 47 ədəd;
– Hava hücumundan müdafiə sistemləri – 1 ədəd;
– PUA – 138 ədəd;
– Hərbi nəqliyyat vasitəsi – 136 ədəd.