AZ

Sənədsiz evlər Milli Məclisdə müzakirə olundu

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Məlumdur ki, təkcə Bakıda 500 mindən çox sənədsiz evlər var. Digər regionlarımızda da sənədsiz evlər çoxdur. Sənədsiz evlər təbii ki, sığrotalana bilmir. Ötən ilin payızında subasma nəticəsində Sabunçu qəsəbəsində çox sayda mənzillərə, yaşayış sahələrinə zərər dəydi”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

“Təxminən 30-dan artıq həmin zərərçəkmiş mənzildə oldum. Məlum oldu ki, onların heç birinin sənədi yoxdur. Evlərdəki məişət əşyaları da sırdadan çıxmışdı. Məsələ odur ki, evlər neftli sahədə yerləşdiyinə görə, problem təkcə subasma deyildi. Neftli suyun həmin evlərə dolması ilə acınacaqlı vəziyyət yaranmışdı. Nəticə etibarı ilə həmin vətəndaşlara dəstək olmaq imkanlarından məhrumuq, çünki evlərin sənədi yoxdur. Qurunt sularının axdığı kanalların üzərində evlər tikilib. Həmin kanalların təmizlənməsi lazım idi", - deyə deputat bildirib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Anar Kəlbiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
3
unikal.az

4Mənbələr