AZ

Xırdalanda fərdi yaşayış evi yanır

Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Əraziyə operativ şəkildə müdaxilə olunur və alovun genişlənməsinin qarşısının alınması üçün işlər davam etdirilir.

Seçilən
26
14
news365.az

10Mənbələr