Bakı. Trend:
Azərbaycan xalqının müasir tarixində dərin izlər buraxmış,dövlətçiliyimizin taleyində dönüş nöqtəsi olmuş 16 İyun – QurtuluşGünü hər il böyük ehtiram və qürur hissi ilə qeyd olunur. Bu gününtarixi, yalnız bir təqvim günü deyil, xalqın öz taleyinə sahibçıxmasının, milli iradənin zəfərinin, vətəndaş birliyinin vəxilaskarlıq missiyasının simvoludur.
Müstəqilliyin ilk illərində ölkədə xaos, siyasi qeyri-sabitlik,iqtisadi tənəzzül və idarəolunmazlıq hökm sürürdü. Hakimiyyətdəyişiklikləri, müxtəlif siyasi qüvvələrin qarşıdurması,torpaqlarımızın işğalı və vətəndaş müharibəsi təhlükəsi xalqı dərinnarahatlığa salmışdı. Xüsusilə 1993-cü ilin iyun ayında baş verənGəncə hadisələri ölkədə dövlətçiliyin çökmə təhlükəsini daha dagücləndirdi. Bu hadisələr fonunda Azərbaycan bir addım belə,vətəndaş müharibəsinə yaxınlaşmışdı.
Belə ağır və taleyüklü bir məqamda xalqın ümid yeri Azərbaycanıngörkəmli dövlət xadimi, dərin siyasi təcrübəyə və güclü liderlikkeyfiyyətlərinə malik olan Heydər Əliyev oldu. Xalqın çağırışı vətəkidli tələbi ilə o zaman Naxçıvan Ali Məclisinin sədri olanHeydər Əliyev 1993-cü ilin iyununda Bakıya dəvət olundu və iyunun15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu qərar 16 iyundarəsmiləşdi və məhz həmin gün Azərbaycan dövlətçiliyi, xalqın sabahıvə gələcəyi naminə dönüş nöqtəsinə çevrildi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik vəhüquqi çərçivədə idarəetmə bərpa edildi. Vətəndaş qarşıdurmasınınqarşısı alındı, dövlət institutları möhkəmləndirildi, orduquruculuğuna başlanıldı, beynəlxalq münasibətlərdə balanslı vədüşünülmüş siyasət aparılmağa başlandı. Azərbaycanınmüstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəəsaslı islahatlar həyata keçirildi.
Qurtuluş Günü Azərbaycan xalqının öz liderinə, öz dövlətinə vəgələcəyinə inamının simvoluna çevrildi. Bu gün, yalnız keçmişinağrılı səhifələrinin bağlandığı bir tarix deyil, eyni zamandasabaha olan ümidlərin başlandığı gündür. 16 İyun, Azərbaycanxalqının öz müstəqilliyinə sahib çıxmaq iradəsinin, dövlətçilikənənələrini yaşatmaq əzminin, vətənə və dövlətə bağlılığının parlaqnümunəsidir.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanınsiyasi və iqtisadi müstəqilliyinin təməli qoyuldu. Qurtuluş Günüilə başlayan sabitlik dövrü sonradan uğurlu neft strategiyasına,beynəlxalq əməkdaşlıqlara, ordu quruculuğuna və milli maraqlarınqorunduğu siyasətə yol açdı. Bu uğurlu yol bu gün də Prezidentİlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müstəqilAzərbaycan dünya birliyində layiqli yerini tutmaqdadır.
Qurtuluş Günü bizə bir daha sübut edir ki, ən çətin anlarda beləxalqın birliyi, milli iradəsi və uzaqgörən lideri varsa, o xalqsarsılmazdır. Bu gün Azərbaycan regionun lider dövlətlərindənbirinə çevrilmiş, öz milli maraqlarını qorumağı bacaran güclü birdövlətə çevrilmişdir.
Bu əlamətdar gündə xalqımızın rifahı və vətənimizin firavangələcəyi naminə çalışan hər kəsi dərin hörmətlə anır, QurtuluşGününün bizə bəxş etdiyi sabitlik, inkişaf və qürur hissini daimyaşatmağı arzu edirik.
Milli Məclisin deputatı,
Əminə Ağazadə