“Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, İsrailli futbolçu Bar Cohen 2025-2026-cı illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.
Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cohen karyerasında yalnız İsrail klublarında çıxış edib. Müxtəlif illərdə “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv”, “Hapoel Hayfa” klublarında çıxış edən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi Netaniya”da keçirib. Karyerasında ilk dəfə legioner həyatı yaşıyacaq futbolçu İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta