AZ

İsrail parlamentində buraxılma təklifi rədd olundu

Müxalifətin parlamentin buraxılması ilə bağlı təklifi koalisiyada fikir ayrılığı səbəbi ilə qəbul edilmədi.

Busaat.az xəbər verir ki, İsrail Knessetində müxalifətin parlamentin buraxılması təklifi 61 səs əleyhinə, 53 səs lehinə olmaqla rədd edildi. Təklif ultra-ortodoks kişilərin hərbi xidmətdən azad olunması məsələsindəki mübahisələr fonunda irəli sürülmüşdü. Koalisiyanın ultra-ortodoks partiyaları əvvəlcə təklifi dəstəkləmək istəyirdi, lakin son anda hökumətlə razılığa gələrək əleyhinə səs verdilər. Razılaşma yeni hərbi xidmət qanun layihəsinin əsas prinsiplərini əhatə edir.

Şövkət Əliyeva

Seçilən
41
busaat.az

1Mənbələr