AZ

Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin sabiq müşaviri Şahin İbadov daha bir şirkət təsis edərək biznesinin əhatə dairəsini genişləndirib.

Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi "Kliniken Allianz” şirkəti bir müddət əvvəl dövlət qeydiyyatına alınıb.

Ş.İbadovun qanuni təmsilçiliyi ilə təsis edilmiş yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 46B-dir. Bu ünvanda həmçinin Ş.İbadova məxsus "Siracoglu” MMC-nin tərkibində olan "BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.

"Siracoglu” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Fatmayı qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi isə Ş.İbadovun oğlu Namiq İbadzadədir

Qeyd edək ki, Ş.İbadov həm də hazırda ləğv prosesində olan Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. 2018-ci ildə dövlət qeydiyyatına alınan "Trans Tikinti” MMC-nin hazırda rəsmi olaraq qanuni təmsilçisi Ş.İbadovun oğlu Namiq İbadzadədir. N.İbadzadə bu şirkətin 100 faizlik səhmlərinə sahibdir.

Seçilən
33
9
publika.az

10Mənbələr