Amerikalı iş adamı İlon Maskın prezident Donald Trampla bağlı bəzi paylaşımlarından əvvəl ABŞ prezidenti Donald Trampla telefonla danışdığı iddia edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Maskın Trampı tənqid etməkdə həddən artıq irəli getdiyinə görə peşman olduğunu ifadə etdiyi dünənki yazısından əvvəl iyunun 9-da Trampla telefon danışığı apardığını iddia edib.
Qeyd edilib ki, Mask iyunun 6-da Ağ Evin Baş Qərargah rəisi Susie Viles və ABŞ-ın vitse-prezidenti JD Vance ilə telefonda danışaraq “səhvini düzəltməyə çalışıb”.
Xatırladaq ki, Mask dünənki paylaşımında Tramp haqqında yazdığı bəzi yazılara görə peşman olduğunu demişdi.