AZ

Rafael İsgəndərovdan bu görüntülərə reaksiya: “Dünəndən zəng edirlər” – VİDEO 

  Əməkdar artist Rafael İsgəndərovla bağlı yayılan yeni video narahatlıq doğurub. Görüntülərdə aktyorun təcili tibbi yardım avtomobilində xəstəxanaya aparıldığı və vəziyyətinin yaxşı olmadığı görünür.

Globalinfo.az məsələyə aydınlıq gətirmək üçün aktyorla əlaqə saxlayıb.

O, videonun 10 il öncəyə aid olduğunu bildirib:

“Mədəmdə yaranan narahatlıq səbəbindən xəstəxanaya aparılmışdım. İndi həmin vəziyyətlə bağlı köhnə görüntüləri yenidən paylaşaraq insanları çaşdırırlar. Yaxınlarım və məni sevənlər narahat olur, dünəndən bəri mənə zəng edirlər. Düşünürəm ki, aidiyyəti qurumlar bu cür halların qarşısını almaq üçün konkret qərarlar qəbul etməlidir. Yalan məlumat yayan şəxslər cəzalandırılsa, bu cür xoşagəlməz hallar təkrarlanmaz”.

Aktyor belə insanların sənətə qiymət vermədiklərini deyib:

“Neçə illərdir səhnədə çalışırıq, tamaşalar göstəririk, əziyyət çəkirik, amma bunları heç kim işıqlandırmır. Biri 10 il əvvəl çəkilmiş bir videonu paylaşır və izləyici toplayır. Təbii ki, hər kəsin sağlam olmasını arzulayıram, amma bu vəziyyət hər kəsin başına gələ bilər. Maraqlısı budur ki, həmin görüntülər iki milyona yaxın baxış yığır. Bir müddət əvvəl də ölüm xəbərimi yaymışdılar. Zəng edib silmələrini istəyəndə dedi ki, xahiş edirəm, səhifəmin izləyicisi 4 minə çatsın, sonra siləcəm”.

R.İsgəndərov ailəsinin də yayılan görüntülərə görə narahat olduğunu vurğulayıb:

“Bəzən telefon zənglərinə cavab verə bilmirəm. Bu zaman dərhal evdəkiləri və tanışları axtarırlar. Onlar da haqlı olaraq narahatlıq keçirir. İstəmirəm ki, yalan və mənasız bir xəbərə görə kiminsə ürəyi sıxılsın. Dünən oğlumla birlikdə canlı yayıma çıxdıq ki, yayılan görüntülərin yalan olduğunu insanlar bilsin. Amma buna nə qədər insan baxır ki? Narahat olan hər kəsə təşəkkür edirəm!”

Seçilən
1
1
referans.az

2Mənbələr