Oxu.az saytına istinadən ain.az xəbər verir.
Tanzaniya hökuməti təhsil sahəsində rəqəmsallaşmanı sürətləndirmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Aspire Educational Technologies" şirkəti ilə üçillik əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə Tanzaniya Təhsil İnstitutu (TIE) ilə şirkət arasında imzalanıb və tam orta məktəblər üçün kurikuluma uyğun rəqəmsal təhsil məzmunlarının hazırlanmasını nəzərdə tutur.
Layihə çərçivəsində Aspire tətbiqi tərəfindən 12 akademik və 4 peşəyönümlü, ümumilikdə 16 rəqəmsal kurs təqdim ediləcək. Hazırlanacaq resurslara 1 000-dən artıq videodərs, 4 000 test sualı və 1 500 əlavə təhsil vəsaiti daxil olacaq. Məzmun tamamilə pulsuz təqdim olunacaq və şagirdlər və müəllimlər üçün əlçatan olacaq.
"SABAH.HUB" İnnovasiya Mərkəzinin rezidenti olan "Aspire" bu layihə üçün Tanzaniyada fəaliyyət göstərən 20-25 müəllim və fənn mütəxəssisini cəlb edəcək, onları təlimləndirəcək və kontentin yaradılmasında iştiraklarını təmin edəcək. Məzmunun hazırlanması və tətbiqi Tanzaniya Təhsil İnstitutunun nəzarətində olacaq və milli təhsil standartlarına uyğunluq təmin ediləcək.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Bu əməkdaşlıq ölkənin yenilənmiş kurikulumu ilə paralel aparılır və şagirdlərə yaradıcılıq, tənqidi düşüncə, rəqəmsal savadlılıq kimi bacarıqlar qazandırmaq məqsədi daşıyır", - deyə TIE-nin baş direktoru Dr. Aneth Komba bildirib.
"Aspire" şirkətinin baş direktoru Dr. Rahul D"Mello isə qeyd edib ki, bu təşəbbüs şagirdlərin texnologiyaya əsaslanan tədris mühitinə inteqrasiyasını asanlaşdıracaq və təhsilin keyfiyyətinə mühüm töhfə verəcək.
Bu tərəfdaşlıq Tanzaniyanın xüsusilə ucqar və imkanları məhdud bölgələrində təhsil resurslarına çıxışı genişləndirmək məqsədi daşıyır və rəqəmsal infrastrukturun gücləndirilməsi ilə bağlı ümummilli strategiyanın bir hissəsi hesab olunur. Mütəxəssislər bu əməkdaşlığı Afrika regionu üçün nümunəvi bir model kimi qiymətləndirirlər.
"Aspire" tətbiqi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün bu linkə keçid edə bilərsiniz: https://aspirelearning.app/az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.