AZ

Hindistanda 130 nəfərin olduğu təyyarə qəzaya düşdü - Video

Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında "Air India" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə Hindistanın News18 telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, təyyarə Londona 130 sərnişinlə uçmalı idi. Təyyarə qalxdıqdan az sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb.

Qəza yerindən qatı tüstü qalxır. İlkin məlumata görə, təyyarə Meqaninaqar ərazisi yaxınlığında qəzaya uğrayıb.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Aytac

Seçilən
31
4
sitat.info

4Mənbələr