Hindistanın NDTV nəşrinin məlumatına görə, ölkədə baş verən təyyarə qəzası nəticəsində sağ qalanlar var.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən və xəstəxanaya yerləşdirilən sərnişinlərdən görüntülər yayılıb.
Kadrlarda, qəzadan xilas olan şəxslərdən birinin hospitalizasiyası əks olunub. Hadisənin təfərrüatları və xəsarət alanların sayı barədə rəsmi məlumat hələlik açıqlanmayıb.
Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
İqbal RZAYEV,
Musavat.com