Azərbaycandan Çinə vizasız gediş-gəliş, ölkənin səmasını qoruyan Çin mənbəli qırıcılar, Bakı yollarında Çin avtomobilləri.
Ancaq bununla bitmir. Çinin təklif etdiyi orta dəhlizdə Zəngəzur keçidi də var. Azərbaycan-Çin strateji ortaqlığı da.
Bütün bunlar son vaxtlar baş verir və sual yaranır. Azərbaycan üzünü Çinəmi çevirir?
Prezident İlham Əliyev iyunun 10-da Çinə vizasız gediş-gəlişi barədə qanunu təsdiqləyib.
Azərbaycan həm də hava qüvvələrini Çin-Pakistan birgə istehsalı qırıcılarla gücləndirir.
Azərbaycan Prezidentinin saytı yazır ki, Pakistanın və Chengdu Çin şirkətinin birgə istehsalı olan müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C qırıcıları alınıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Çin avtomobilləri də ölkənin nəqliyyat sistemində ilbəil artmaqdadır.
Çindən həm də ölkəyə sərmayə qoyuluşu gözlənilir.
Təhlilçilərə görə, Azərbaycanın Çinə doğru "üzünü çevirməsi" tam bir istiqamət dəyişikliyi deyil.
Hesab olunur ki, bu, Azərbaycanın daha çox öz mövqeyini gücləndirmək, iqtisadi müstəqilliyini artırmaq üçün atılan addımdır.
Çinlə yaxınlaşma Azərbaycanın Avrasiya bölgəsində tranzit və ticarət mərkəzi kimi rolunu möhkəmləndirə bilər.
Bu əməkdaşlıq hökumətə həm iqtisadi, həm də geostrateji faydalar vəd edir.
Video açılmırsa, YouTube kanalımızda izləyin.