AZ

Hindistanda göyərtəsində 242 sərnişin olan təyyarə qəzaya uğradı – Video


Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Londona uçan “Boeing 787 Dreamliner” tipli təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Hindistan polisi də “Air India” aviaşirkətinə məxsus təyyarənin Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığını təsdiqləyib.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Digər tərəfdən, NDTV telekanalı təyyarə qəzasında sağ qalanların olduğunu istisna etməyib.
Seçilən
44
4
yeniavaz.com

4Mənbələr