AZ

Vyanada Azərbaycan və Avstriya arasında Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib (FOTO)

Bakı. Trend:

Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kəndtəsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıqüzrə Qarışıq Komissiyanın 11-ci iclası keçirilib.

RİNN-dən Trend-ə bildirilib ki, Qarışıq Komissiyanın AvstriyaRespublikası tərəfindən həmsədri, bu ölkənin İqtisadiyyat, Enerjivə Turizm üzrə Federal Nazirliyinin İqtisadi məsələlər,innovasiyalar və beynəlxalq siyasət departamentinin baş direktoruFlorian Frauşer Azərbaycan nümayəndə heyətini salamlayaraq bildiribki, Azərbaycan və Avstriya inkişaf edən iqtisadi və mədəniəlaqələrə malik ölkələrdir və müxtəlif sahələr üzrə əməkdaşlığındaha da genişləndirilməsi üçün potensial mövcuddur.

İclasda Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindənhəmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini SamirMəmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkəarasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib.

Samir Məmmədov işğaldan azad edilmiş Azərbaycan ərazilərindəaparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətəçatdırılıb ki, işğaldan azad edilən ərazilər yenidən qurulur və buregion “yaşıl enerji” zonası elan olunub.

Nazir müavini Azərbaycanda nəqliyyat və rəqəmsal inkişafsahələrində həyata keçirilən işlər, eləcə də Orta Dəhlizlə inkişafetdirilməsi üçün görülən tədbirlər haqqında Avstriya tərəfinəətraflı məlumat verib.

İclasda çıxış edən Azərbaycanın Avstriyadakı səfiri RövşənSadıqbəyli ölkəmizin Cənubi Qafqaz regionundakı aparıcı rolu vəiqtisadi imkanları, Avstriya ilə siyasi, iqtisadi və digərsahələrdə əlaqələr və mövcud potensial barədə məlumat verib,Qarışıq Komissiyanın tərəflər arasında əməkdaşlığıngenişləndirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kəndtəsərrüfatı, energetika, nəqliyyat, rəqəmsal inkişaf və İKT,səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələrindəəməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası ilə AvstriyaRespublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye,texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə QarışıqKomissiyanın 11-ci iclasının Protokolu imzalanıb.

Qeyd edək ki, Qarışıq Komissiya 13 noyabr 1998-ci il tarixindəVyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti vəAvstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kəndtəsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıqhaqqında Saziş”ə əsasən yaradılıb.

Vyanada
Vyanada
Vyanada
Vyanada
Vyanada
Vyanada
Seçilən
13
6
az.trend.az

7Mənbələr