AZ

Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu

Bakı Metropolitenində azyaşlı uşağa qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən şəxs həbs edilib.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1991-ci il O.M. 7 iyun 2025-ci il tarixdə, saat 18:48 radələrində metronun 28 may stansiyasında qatarda və platformada azyaşlı uşağa qarşı qeyri-əxlaqi hərəkətlər edərək narahat etdiyinə və sərxoş halda polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb.

O.M.-nın qeyri-əxlaqi hərəkətlərinə görə C.V. adlı azyaşlı uşaq metropoliten işçisindən kömək istəyib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Təqsirləndirilən şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

O.M. məhkəmədə içkili olduğu üçün metroda törətdiyi cinayətdən xəbəri olmadığını deyib: "İçkili olduğum üçün hadisə yadımda qalmayıb. Arada içirəm. Bir səhvdir etmişəm".

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
24
2
news24.az

3Mənbələr