AZ

"Zirə" Anarla bağlı qərar verdi, "Qarabağ"ın futbolçusunu aldı

“Zirə” iki futbolçusu ilə müqavilə müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb.

Həmçinin İsmayıl İbrahimli də transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən "Qarabağ"ın sabiq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Zirə" bu yay Brahim Konate və Yeqor Boqomolskini də transfer edib.

Seçilən
60
1
football-plus.az

10Mənbələr