AZ

Şteqner: “Rusiyanı “sülhə məcbur etmək” mümkün olmadı”

AzVision.az “N-tv” telekanalına istinadən xəbər verir ki, almaniyalı deputatın fikrincə, hazırda Ukraynadakı münaqişənin həlli üçün daha çox “diplomatik səylər” göstərilməlidir.

Bununla belə, Ralf Şteqner bildirib ki,“Rusiyanın cilovlanmasına”son qoyulmasından söhbət getmir.

“Eyni zamanda, hava hücumundan müdafiə sahəsi də daxil olmaqla, Ukraynaya dəstək vermək zəruridir”,- ASDP-nin deputatı diqqətə çatdırıb.

Bir gün əvvəl “Stern” jurnalı ASDP-nin manifestinə istinadən xəbər vermişdi ki, sosial demokratlardan bir neçə nüfuzlu siyasətçi kansler Fridrix Mertsi və onun kabinetini Rusiya ilə danışıqlara başlamağa, habelə Almaniya ərazisində Amerika raketlərini yerləşdirməkdən imtina etməyə çağırıb.

Daha sonra isə, ASDP-dən olan deputat Sebastyan Fidler həmkarlarının Moskva ilə danışıqlara başlamaq təklifini kəskin tənqid edib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
1
azvision.az

2Mənbələr