Cari ildə Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışı nəzərdə tutulur
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə iyunun 12-də İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam Sənaye Parkına təşkil olunan mediatur zamanı məlumat verilib.
Bildirilib ki, müəssisədə işlər artıq tam yekunlaşıb.
Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır.