AZ

Xidmət rəsmisi: Çimərliklərdə təhlükəsizlik tədbirləri iyunun 15-dək yekunlaşacaq

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ölkə üzrə nəzarət etdiyi 75 çimərlikdə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xidmətin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib.

Onun sözlərinə görə, çimərliklərdə bütün təhlükəsizlik tədbirləri iyunun 15-dək yekunlaşacaq. Həmin tarixdən etibarən xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Seçilən
26
2
xezerxeber.az

3Mənbələr