AZ

Azərbaycanda 400 tonadək arpa və buğda yığılıb

Bakı. Trend:

İyunun 12-nə olan operativ məlumata görə, ölkə üzrə buğdasahələrinin 0,8 faizində, arpa sahələrinin isə 28,7 faizində biçinprosesi yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bugünədək ölkəüzrə 4 141 hektar buğda, 122 265 hektar arpa sahəsi biçilib.

Sahələrdən 13 032 ton buğda, 381 604 ton arpa yığılıb. Ortaməhsuldarlıq buğda üzrə 31,5 sent/ha, arpa üzrə isə 31,2 sent/hatəşkil edir.

Operativ məlumata görə, buğda üzrə ən yüksək məhsuldarlıq Salyan(50 sent/ha) və Bərdə (41,3 sent/ha) rayonlarında, arpa üzrə ənyüksək məhsuldarlıq isə Hacıqabul (48 sent/ha) və Oğuz (40 sent/ha)rayonlarında qeydə alınıb.

Məqalədə:
Seçilən
12
3
az.trend.az

10Mənbələr