AZ

Ağdamda istehsal olunan ayaqqabılar Fransa, Rusiya və ərəb ölkələrinə ixrac ediləcək

Ağdamda istehsal olunan ayaqqabılar Fransa, Rusiya Federasiyası və ərəb ölkələrinə ixrac ediləcək...

Bu fikirləri "Report"un Ağdama ezam olunan əməkdaşına müsahibəsində "BAFCO MMC"nin baş direktoru Elnur Allahverdiyev bildirib.

Fabrikin baş direktoru müəssisədə xüsusi təyinatlı ayaqqabıların istehsal olunduğunu bildirib və bugünkü ixracın qürurverici olduğunu dilə gətirib:

"Biz BAFCO MMC olaraq Ağdam Sənaye Parkında ayaqqabı fabrikini açmışıq. Bizim üçün qürurverici bir gündür ki, bu gün fabrikimizdən ilk dəfə olaraq Qazaxıstana məhsul ixrac edəcəyik".

E. Allahverdiyev ayaqqabıların istehsalında yüksək keyfiyyətin əldə edilməsi üçün müasir avadanlıqların yüksək potensialından söz açıb:

"İlk ixracımız 5 000 cüt təşkil edir. Burda poliretan ayaqqabılardan tutmuş, işçi ayaqqabılarına kimi müxtəlif təyinatlı məhsullar mövcuddur".

Poliqon.info 

Seçilən
45
1
poliqon.info

2Mənbələr