AZ

Zelenski Ukraynanı Böyük Britaniya, özünü isə Çörçillə müqayisə etdi

Ukrayna prezidenti Vladimir Zelenski özünü Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilllə müqayisə edib.

Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Ukrayna lideri həmçinin Rusiya ilə hazırkı münaqişəni Böyük Britaniyanın İkinci Dünya müharibəsi zamanı Hitlerin təcavüzündən müdafiəsi ilə müqayisə edib. Bunun fonunda Zelenski qeyd edib ki, o da vaxtaşırı ümidsizlik yaşayır. “Hətta Uinston Çörçill də faşistlərlə döyüşərkən ümidsizlik anları yaşayıb”, - deyə Ukrayna prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda ölkəsi də Rusiya qoşunlarının aktiv hücumunu dəf etməlidir. Bununla belə, "Ukraynanın Rusiya ordusunun hücumuna müqavimət göstərməkdən başqa çarəsi yoxdur", - deyə Zelenski əlavə edib.

Seçilən
0
1
publika.az

3Mənbələr