
ABŞ və İran arasında nüvə dosyesi üzrə danışıqların altıncı raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkə hesabında məlumat verib.
“İran-ABŞ danışıqlarının altıncı raundunun bu bazar günü Maskatda baş tutacağını təsdiq etməkdən məmnunam”, - diplomat bildirib.
ABŞ və İran aprelin 12-dən bəri İranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb.