Almaniyanın “Bayer” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda PSJ ilə müqaviləsi başa çatan Aksel Tapeni heyətinə qatıb. 17 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. “Bayer” müdafiəçini təzinat ödəmədən transfer edib.
Tape PSJ-nin U-23 komandasında çıxış edib. O, həmçinin Fransa U-18 millisinin üzvüdür.