Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev iyunun 14-də Bakıya gələcək.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı idmançı iyunun 21-də keçiriləcək UFC Baku Fight Nightda iştirak etmək üçün paytaxtımıza təşrif buyuracaq. 

Fiziyevi Bakıya gətirəcək təyyarə iyunun 14-də saat 19:55-də Heydər Əliyev adıa Beynəlxalq Hava Limanına enəcək.

Sabah günorta saatlarnda isə UFC Bakunun əsas döyüşünün iştirakçılarından biri, ABŞ təmsilçisi Camal Hill Azərbaycana gələcək. 

Onun rəqibi Xalil Rauntri ötən həftədən etibarən Bakıdadır.

Qeyd edək ki, R.Fiziyev UFC Baku Fight Night-da gecənin ikinci ən maraqlı döyüşünü keçiriəcək. Həmvətənimiz çilili İqnasio Bahamondeslə qüvvəsini sınayacaq

Rafaeldən savayı, digər azərbaycanlılar Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar.