AZ

Ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində Qərbi Azərbaycana da möhtəşəm dönüş edəcəyik - Turanə ORUCOVA

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevdir. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda ən ağır  həddə çatdı, ölkəni böhran bürüdü. vətəndaş müharibəsi həddinə çatan qarşıdurma müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. Və o zaman ölkəmizin, Azərbaycan xalqının taleyinin sual altında olan bir dövrü  başlandı. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev Azərbaycan xalqının  çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Heydər Əliyevin möhtəşəm qayıdışı, Azərbaycan dövlətini xaos təhlükəsindən və işğaldan azad etdi.

Bu sözləri Herbiand.az-a açıqlamasında Mədəniyyətin İncəsənətin İnkişafı və Təbliği  İctimai Birliyinin sədri Turanə Orucova bildirib. Birlik sədri qeyd edib ki,1993-cü illərdə Ulu Öndərimiz Azərbaycan dövətçiliyini geri qaytararaq, Azərbaycanı dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas etdi, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu:

“Bu gün həmin tarixi gündən bizi 32 illik zaman ayırır. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ən əsası da odur ki, xalqımız artıq beş ildir ki, bu günü qalib xalq kimi milli qürur hissi ilə Qələbə ölkəsi olaraq qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurucusu ümummilli lider Heydər Əliyevin olan şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız ləyaqətli və möhtəşəm Zəfər öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi”.

Turanə xanım tezliklə Qərbi Azərbaycanda da ədalətin öz yerini tutmasına nail olacağımıza əminliyini bildirib:

“Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün üçrəngli bayrağımız Qarabağda dalğalanır. Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq siyasəti məhz bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində Qərbi Azərbaycana da möhtəşəm dönüş edəcəyik. Qarabağda tarixi ədaləti bərpa edən müzəffər Ali Baş Komandan Qərbi Azərbaycanda da haqq-ədalətin öz yerini tutmasına nail olacaq. Tezliklə Azərbàycan bayrağı tarixi torpaqlarımızda qürurla dalğalanacaq. Ata-baba yurdumuza qayıdacağımız günü daha bir qələbə ovqatı kimi kimi qeyd edəcəyik”.

Seçilən
47
herbiand.az

1Mənbələr