Əməkdar artist Şəbnəm Tapdıq Xalq artisti Sərxan Sərxanla eşq yaşaması idialarına son qoyub.
Axşam.az xəbər verir ki, bu haqda müğənni "İncə səhər" proqramında danışıb. O bildirib ki, onun adına yalandan söz çıxarırlar:
"Bu məsələyə aydınlıq gətirmək istəyirəm. Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm. Mən və eyni vaxtda bir müğənnimiz (Sərxan Sərxanı nəzərdə tutur - red.) "Gecikmiş məhəbbətim" mahnısını oxuyurdu. İnsanlar bu mahnı ilə məni səhv salırdılar. Yaxşı müğənnidir, dostumuzdur, hörmətim var. Amma ömrümdə biz onunla bir-birimizi sevməmişik, oturmamışıq, durmamışıq. O vaxt bizi yaraşdırıblar. Adıma niyə söz gəlməlidir ki? Biri deyir mən onu, başqası deyir o məni sevib. Bütün sənət adamlarına hörmətimiz var. Amma xahiş edirəm, təmiz adımın üstünə söz gətirməyin. Hansı proqrama baxıram deyirlər ki, kaş evlənəydilər. İstəmirəm adım başqa kişi ilə hallansın".